Rusiyada ərzaq 11% bahalaşıb

Rusiyada ərzaq 11% bahalaşıb Avropada isə ərzaq qiymətləri 0,1% düşüb
Biznes
27 Avqust , 2015 16:26
Rusiyada ərzaq 11% bahalaşıb

Bakı. 27 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyul aylarında Rusiyada ərzağın qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% artıb. "Report"un verdiyi xəbərə görə, bu barədə Rusiya Statistika Komitəsinin açıqladığı məlumatda bildiilir. 

Rusiyanın Qərb ölkələrindən ərzaq idxalını dayandırması və rublda müşahidə olunan devalvasiya qiymət artımına səbəb olub.

Statistikaya əsasən, ilin əvvəlindən bütün ərzaq məhsullarında bahalaşma qeydə alınıb. Yanvar-iyul aylarında meyvənin qiyməti 25,4% artımla ilk sırada yer alıb. Balıq və dəniz məhsullları 17,8%, şəkər, bal 16,3% bahalaşıb. Çörəyin qiymətində 11,6% artım, ətdə 7% artım müşahidə olunub. 

Qeyd edək ki, bu müddətdə Avropada isə ərzaq qiymətləri 0,1% ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi