Özbəkistan Azərbaycan şirkəti ilə investisiya əməkdaşlığına dair razılığa gəlib

Özbəkistan Azərbaycan şirkəti ilə investisiya əməkdaşlığına dair razılığa gəlib III Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ümumi dəyəri 26,6 milyard ABŞ dolları olan müqavilələr imzalanıb.
Biznes
6 May , 2024 11:40
Özbəkistan Azərbaycan şirkəti ilə investisiya əməkdaşlığına dair razılığa gəlib

III Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ümumi dəyəri 26,6 milyard ABŞ dolları olan müqavilələr imzalanıb.

“Report” bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir.

“Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Daşkənd Beynəlxalq İnvestisiya Forumunda 11 milyard ABŞ dolları dəyərində 167 sənəd imzalanıb. Bu il keçirilən forumda “Orascom Investment” (Misir), “Bonafarm Grup” (Macarıstan), “Sayar” (ABŞ), “Goldwind”, “Sinoma” (Çin), “Sam Yapı” (Türkiyə), “PASHA Development” (Azərbaycan), “Lasselsberger” (Avstriya), “Petrosat Chexelsoton” (İran) ilə 6,6 milyard ABŞ dolları dəyərində yeni investisiya layihələri daxil olmaqla dünyanın bir sıra böyük şirkətləri ilə razılaşmalar əldə edilib”, - nazirliyin məlumatında qeyd edilib.

“PASHA Development” törəmə və birgə müəssisələri vasitəsilə daşınmaz əmlakın alınması, idarə edilməsi və inkişafı sahəsində fəaliyyət göstərir. Şirkət “PASHA Holding LLC.” MMC-nin törəmə şirkətidir.

Son xəbərlər

Orphus sistemi