Nazir müavini: "Azərbaycanda qadın sahibkarlığın inkişafına 50 milyon manatdan çox güzəştli kredit verilib"

Nazir müavini: "Azərbaycanda qadın sahibkarlığın inkişafına 50 milyon manatdan çox güzəştli kredit verilib" İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-2024-cü ilin birinci rübü ərzində qadın sahibkarlığın inkişafı ilə bağlı 800-dən çox investisiya layihəsinə 50 milyon manatdan çox güzəştli kredit verili
Biznes
7 May , 2024 11:45
Nazir müavini: Azərbaycanda qadın sahibkarlığın inkişafına 50 milyon manatdan çox güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-2024-cü ilin birinci rübü ərzində qadın sahibkarlığın inkişafı ilə bağlı 800-dən çox investisiya layihəsinə 50 milyon manatdan çox güzəştli kredit verilib və 1 000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda 4-cü DİM Dialoqu çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən qadın sahibkarlığının inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirilir: "Qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər, təlim, seminar və dəyirmi masalar təşkil olunur. KOBİA yanında İctimai Şurada Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da təmsil olunur.

Bu baxımdan 4-cü DİM Dialoqu 5-ci DİM-ə nail olunmasında, xüsusilə qadınların iqtisadi səlahiyyətlərinin artırılması baxımından qlobal xarakterli və Azərbaycana xas məsələləri müzakirə etmək və bilikləri bölüşmək üçün səmərəli platforma kimi çıxış edəcək və 2030-cu ilədək, Azərbaycanda gender bərabərliyinə və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasına nail olunmasını sürətləndirmək üçün innovativ həllər və siyasət tövsiyələri təklif etməyə istiqamətlənəcək".

Son xəbərlər

Orphus sistemi