Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"

Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir" Azərbaycan ilə Slovakiya arasında ikitərəfli əlaqələr, o cümlədən iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir.
Biznes
7 May , 2024 09:57
Nazir: Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir

Azərbaycan ilə Slovakiya arasında ikitərəfli əlaqələr, o cümlədən iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir.

“Report” xəbər verir ki, bunu Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda deyib.

“Çox şadam ki, ölkələrimiz arasında münasibətlər belə sürətlə inkişaf edir”, - o vurğulayıb.

Nazirin sözlərinə görə, Slovakiyada Azərbaycanın iqtisadi artımı fəal şəkildə izlənilir: “Azərbaycanın regional ticarət tərəfdaşımız kimi inkişaf strategiyası ildən-ilə möhkəmlənir”.

D.Sakova ticarət əlaqələrinin möhkəmlənməsinin bu yaxınlarda, yəni aprelin əvvəlində qüvvəyə minmiş ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlə də təsdiqləndiyini, investisiyaların qorunması sazişi üzrə danışıqların hazırlığın son mərhələsində olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi