Larisa Kislyakova: "Özəl sektor CAREC regionundakı mövcud çağırışlarla üzləşir"

Larisa Kislyakova: "Özəl sektor CAREC regionundakı mövcud çağırışlarla üzləşir" Özəl sektor bu gün Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) regionundakı mövcud çağırışlarla üzləşir.
Biznes
2 May , 2024 16:54
Larisa Kislyakova: Özəl sektor CAREC regionundakı mövcud çağırışlarla üzləşir

Özəl sektor bu gün Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı regionundakı mövcud çağırışlarla üzləşir.

“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Mərkəzi Asiya Nəqliyyat-Logistika Tərəfdaşlığının sədri Larisa Kislyakova Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “CAREC regionunda daha ekoloji cəhətdən təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi” adlı tədbirdə deyib.

“Bizim regiondaxili xərclərimiz yüksəkdir. Nəqliyyat xərclərinə gəlincə, adi nəqliyyat marşrutları dəyişir. Qeyd etmək lazımdır ki, keçid məntəqələrinin infrastrukturu da çox vacibdir”, - L. Kislyakova bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz ən baha daşıyıcı marşrutu olaraq qalır.

Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya uzanır. Bütün marşrut üzrə vahid tarif yaradılıb və “bir pəncərə” prinsipi tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi