İyulda Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

İyulda Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının növbəti iclası bu ilin iyulunda keçiriləcək.
Biznes
8 May , 2024 15:27
İyulda Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının növbəti iclası bu ilin iyulunda keçiriləcək.

“Report” xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri vəzifəsini icra edən Vladimir Malinov bildirib.

“Biz qərara gəldik ki, Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının növbəti iclasını bu il iyulun əvvəlində keçirək”, - V.Malinov vurğulayıb.

Onun sözlərinə görə, bu gün Bakıda B2B formatında keçirilən görüşlər zamanı iki ölkənin işgüzar dairələri arasında əldə olunan razılaşmalar müzakirə olunacaq.

V.Malinov, həmçinin Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin müxtəlif sahələrdə fəal inkişaf etdiyini və iyun ayında Bakı ilə Sofiya arasında hava əlaqələrinin açılmasının bu əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi