Azərbaycanda 4 ayda 180 min "ASAN İmza" sertifikatı verilib

Azərbaycanda 4 ayda 180 min "ASAN İmza" sertifikatı verilib Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 110 054 müraciət üzrə 180 527 "ASAN İmza" sertifikatı verilib.
Biznes
8 May , 2024 11:19
Azərbaycanda 4 ayda 180 min ASAN İmza sertifikatı verilib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 110 054 müraciət üzrə 180 527 "ASAN İmza" sertifikatı verilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, 4 ayda vergi ödəyicilərindən daxil olmuş 11 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 4,9 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Hesabat dövründə 2 261 vergi ödəyicisinin iştirakı ilə 119 görüş keçirilib, 1 887 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1,2 milyondan çox SMS göndərilib.

Son xəbərlər

Orphus sistemi