ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb

ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Biznes
8 May , 2024 18:10
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" ASK-ya istinadən xəbər verir ki, memorandumu Assosiasiyanın İdarə Heyətinin üzvü Kiril Jelyazkov və konfederasiyanın prezidenti Məmməd Musayev imzalayıblar.

Sənədə əsasən, iqtisadi əlaqələrin genişləndirilməsi üçün qurumlar arasında birgə əməkdaşlıq, hər iki ölkədə mövcud olan investisiya layihələri, təlimlər, biznes missiyalar, sərgilər və s. haqqında məlumatlar bölüşüləcək, biznes səfərlər təşkil ediləcək.

Həmçinin, qarşılıqlı maraq doğuran layihələrin birgə işlənməsi həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi