"ASAN Xidmət" "Qafqazda ən yaxşı startap nəticələri" mükafatına layiq görülüb

"ASAN Xidmət" "Qafqazda ən yaxşı startap nəticələri" mükafatına layiq görülüb Azərbaycanın innovativ brendi "ASAN Xidmət" qlobal startap xəritəsini formalaşdıran mötəbər beynəlxalq təşkilat "StartupBlink" tərəfindən innovasiya ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə "Qafqazda ən yaxşı startap n
Biznes
17 Yanvar , 2024 10:18
ASAN Xidmət Qafqazda ən yaxşı startap nəticələri mükafatına layiq görülüb

Azərbaycanın innovativ brendi "ASAN Xidmət" qlobal startap xəritəsini formalaşdıran mötəbər beynəlxalq təşkilat "StartupBlink" tərəfindən innovasiya ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə "Qafqazda ən yaxşı startap nəticələri" mükafatına layiq görülüb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Qlobal reytinqə görə, 2023-cü ildə ölkəmiz bu sahədə ən uğurlu 100 ölkə siyahısında 84-cü yerdə qərarlaşıb. "ASAN Xidmət" heyətinə təbriklərimizi çatdırır və biznes mühitinin inkişafına verdiyi töhfələrə görə təşəkkürümüzü bildiririk”, – deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi