ADB nümayəndəsi: "CAREC ölkələri arasında iqlim dəyişikliyi ilə bağlı əməkdaşlıq çox vacibdir

ADB nümayəndəsi: "CAREC ölkələri arasında iqlim dəyişikliyi ilə bağlı əməkdaşlıq çox vacibdir Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Programına daxil olan ölkələr arasında iqlim dəyişikliyi ilə bağlı əməkdaşlıq çox vacibdir.
Biznes
2 May , 2024 16:14
ADB nümayəndəsi: CAREC ölkələri arasında iqlim dəyişikliyi ilə bağlı əməkdaşlıq çox vacibdir

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramına daxil olan ölkələr arasında iqlim dəyişikliyi ilə bağlı əməkdaşlıq çox vacibdir.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən "CAREC regionunda daha ekoloji cəhətdən təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" adlı tədbirdə deyib.

“Kollektiv fəaliyyətə ehtiyac var. Bu problemi həll etmək üçün birlikdə çalışmalıyıq. Bundan əlavə, ticarət proseslərinin rəqəmsallaşdırılması tədarük zəncirlərini iqlim baxımından optimallaşdıracaqdır”, - o vurğulayıb.

Qeyd edək ki, CAREC Proqramı 11 ölkəni (Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan), 6 çoxtərəfli maliyyə institutunu (Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Banki, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlıq çərçivəsində özündə birləşdirir.

Son xəbərlər

Orphus sistemi