​Rusiya Avropa Oyunlarında ən güclü samboçularla təmsil olunacaq

​Rusiya Avropa Oyunlarında ən güclü samboçularla təmsil olunacaq Bu barədə Rusiya Sambo Federasiyasının prezidenti açıqlama verib
Avropa Oyunları
20 May , 2015 09:47
​Rusiya Avropa Oyunlarında ən güclü samboçularla təmsil olunacaq

Bakı. 20 may. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Rusiya bir nömrəli samboçuları ilə təmsil olunacaq. "Report"un məlumatına görə, bu barədə Rusiya Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev "R-sport"a açıqlamasında deyib.

O, bildirib ki, Oyunlar sambo üzrə dünya çempionatından əvvəl keçiriləcək. Mərakeşdəki mundialda ən güclü idmançıları ilə təmsil olunacaq Rusiya bu səbəbdən, Oyunlara da həmin idmançılarını gətirəcək: "Dünya çempionatından əvvəl keçiriləcək Avropa Oyunları Rusiya samboçuları üçün vacib hazırlıq turniridir. Buna görə də Bakıya bir nömrəli idmançılarımızı göndərəcəyik. Bu da onların çempionata hazırlaşması üçün böyük əhəmiyyət daşıyır".

Federasiya prezidenti Bakıda Rusiya samboçularının əsas rəqiblərinin adlarını da açıqlayıb. O, deyib ki, Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna idmançılarını özlərinə rəqib hesab edib.

Qeyd edək ki, Avropa Oyunları zamanı sambo üzrə yarışlar iyunun 22-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi