​Orxan Səfərov: Zədə mənim üçün bəhanə deyil

​Orxan Səfərov: Zədə mənim üçün bəhanə deyil "Son dəqiqələrdə özüm də bilmədim nə çatışmadı"
Avropa Oyunları
25 İyun , 2015 22:10
​Orxan Səfərov: Zədə mənim üçün bəhanə deyil

Bakı. 25 İyun. REPORT.AZ/ "Final görüşündə irəlidəydim. O biri görüşlərə baxanda final normal gedirdi. Son dəqiqələrdə özüm də bilmədim nə çatışmadı. Yarımfinalda aldığım zədə də var idi. Amma bu mənim üçün bəhanə deyil. Bunu məşqçilərim ilə müzakirə edib səbəblərini taparıq".

"Report" xəbər verir ki, bu sözləri Avropa Oyunları çərçivəsində cüdo üzrə yarışların final mərhələsində rusiyalı Beslan Mudranova uduzan Orxan Səfərov bildirib.

O, şidolara görə irəlidə olsa da, axırıncı dəqiqələrdə boşaldığını bildirib:

"Şidolara görə hələ irəlidəydim. Sadəcə axırıncı dəqiqədə boşaldım. Zədədən sonra əzildim. Həm də hiss elədim ki, üçüncü cərimə xalını ala bilərəm. Ona görə risk etdim, amma özüm əks fəndə düşdüm. Avropa Oyunlarında qarşılaşdığım rəqimbəlirmin hamısı ilə bundan əvvəl görüşmüşdüm. Hamısını da məğlub etmişdim. Finalda qarşılaşdığım Beslan Mudranovla iki dəfə qarşılaşmışdım, hesabımız 1-1 idi, indi 2-1 oldu".

Onun sözlərinə görə, "Avropa Oyunlarındakı cüdo yarışları həm Rio Olimpiadasına lisenziya xalı verir, həm də Avropa Çempionatı hesab edilirdi. Ona görə də, digər idman növlərindən fərqli olaraq bizə iki medal verildi".

Son xəbərlər

Orphus sistemi