​"FiveCurrents" şirkəti Britaniya vətəndaşının ölümü ilə bağlı açıqlama yayıb

​"FiveCurrents" şirkəti Britaniya vətəndaşının ölümü ilə bağlı açıqlama yayıb Xəsarət alanların öz vətənlərinə göndəriləcəkləri bildirilib
Avropa Oyunları
24 İyun , 2015 15:28
​FiveCurrents şirkəti Britaniya vətəndaşının ölümü ilə bağlı açıqlama yayıb

Bakı. 24 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının mərasimlərini təşkil edən "FiveCurrents" şirkəti iyunun 23-də Bakının Heydər Əliyev prospektində baş vermiş yol qəzasında yaradıcı heyətin bir üzvünün dünyasını dəyişməsi ilə bağlı açıqlama yayıb. "Report"un məlumatına görə, şirkət dünən baş vermiş qəzanı təsdiqləyib.

Açıqlamada bildirilir ki, qəzadan dərhal sonra komandanın digər üç üzvünə də xəstəxanada yardım göstərilib. Daha sonra tibbi müayinə ala bilmələri üçün onlar öz vətənlərinə göndəriləcəklər.

Şirkət tərəfindən yayılan bəyanatda xəsarət alanlara tibbi yardımın və konsulluq xidmətlərinin göstərilməsində böyük köməyi olan "Bakı 2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinə, Azərbaycan Səhiyyə Nazirliyinə və Böyük Britaniyanın Bakıdakı səfirliyinə minnətdarlıq bildirilib.

Son xəbərlər

Orphus sistemi