​Cəmaləddin Məhəmmədov: "Mən Azərbaycana medal gətirə bildiyimə görə çox şadam"

​Cəmaləddin Məhəmmədov: "Mən Azərbaycana medal gətirə bildiyimə görə çox şadam" "Mən azarkeşlərdən belə dəstək gözləmirdim"
Avropa Oyunları
19 İyun , 2015 14:32
​Cəmaləddin Məhəmmədov: Mən Azərbaycana medal gətirə bildiyimə görə çox şadam

Bakı. 19 iyun. REPORT.AZ/ "Hər atlet üçün medal qazanmaq çox vacibdir və mən Azərbaycana medal gətirə bildiyimə görə çox şadam".

"Report" xəbər verir ki, bunu Avropa Oyunlarının bürünc mükafatçısı, Azərbaycan güləşçisi Cəmaləddin Məhəmmədov deyib.

Yarışlar haqqında danışan Azərbaycan güləşçisi qeyd edib ki, bu gün rəqibi Türkiyə güləşçisi ondan daha yaxşı hazırlıqlı idi.

O, həmçinin idmançıları Oyunlara hazırlayan və onlara dəstək olan məşqçilərə də təşəkkürünü bildirib: "Mən həmçinin azarkeşlərə də minnətdarlığımı bildirmək istəyirəm. Onlardan belə dəstək gözləmirdim, azarkeşlərimiz bizə çox güclü dəstək oldular".

C. Məhəmmədov qeyd edib ki, hazırda Las Veqasda baş tutacaq Dünya Çempionatı çərçivəsindəki yarışlara hazırlaşır: "İnşallah lisenziya qazanarıq və Rio de Janeyro Olimpiya Oyunlarında layiqli yer tutarıq".

Son xəbərlər

Orphus sistemi