​"Bakı 2015": Azərbaycanın çimərlik futbolu komandası Ukrayna yığması ilə qarşılaşır

​"Bakı 2015": Azərbaycanın çimərlik futbolu komandası Ukrayna yığması ilə qarşılaşır Görüş saat 20:30-da başlayıb
Avropa Oyunları
24 İyun , 2015 20:52
​Bakı 2015: Azərbaycanın çimərlik futbolu komandası Ukrayna yığması ilə qarşılaşır

Bakı. 24 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında çimərlik futbolu yarışlarına start verilib. "Report"un məlumatına görə, A qrupunda yer alan Azərbaycan yığması ilk turda Ukrayna ilə üz-üzə gəlib. Görüş saat 20:30-da başlayıb. 

*** 10:53

Bu gün "Bakı 2015" I Avropa Oyunlarında çimərlik futbolu yarışlarına start veriləcək. "Report"un məlumatına görə, A qrupunda yer alan Azərbaycan yığması ilk turda Ukrayna ilə üz-üzə gələcək.

Görüş saat 20:30-da başlayacaq. Qrupun digər oyununda Portuqaliya və İsveçrə komandaları üz-üzə gələcək. 

B qrupunun ilk oyunlarında isə İspaniya İtaliyanı, Rusiya Macarıstanı sınağa çəkəcək.

Qeyd edək ki, ilk 3 yarış günündə qrup mərhələsinin oyunları keçiriləcək. Yarımfinal görüşləri iyunun 27-də, final matçı isə iyunun 28-də olacaq.

Son xəbərlər

Orphus sistemi