"Bakı 2015"də medal qazanmış Ukrayna idmançılarını mükafatsız qoyublar

"Bakı 2015"də medal qazanmış Ukrayna idmançılarını mükafatsız qoyublar Həmin vəsait ödəmə qabiliyyəti olmayan "Radikal" bankına köçürülüb
Avropa Oyunları
13 İyul , 2015 17:57
Bakı 2015də medal qazanmış Ukrayna idmançılarını mükafatsız qoyublar

Bakı. 13 iyul. REPORT.AZ/ Ukrayna idmançıları "Bakı 2015" I Avropa Oyunlarında çıxışları qarşılığında mükafatsız qalıblar. "Report"un məlumatına görə, yığma komandadakı məlumatlı mənbə "Lenta.ru"ya açıqlamasında həmin vəsaitin ödəmə qabiliyyəti olmayan "Radikal" bankına köçürüldüyünü bildirib.

Daha öncə bankla Ukrayna İdman Nazirliyi arasında müqavilə bağlanılıb. Anlaşmaya əsasən, kredit təşkilatı Ukraynanın müxtəlif növlər üzrə yığmalarının üzvləri, məşqçilər və digər əməkdaşlar üçün vəsaitin qorunması və köçürülməsi ilə məşğul olub. "Bakı 2015"də iştirak qarşılığında nəzərdə tutulan mükafat iyulun 3-də "Radikal"a köçürülüb. Bundan bir həftə sonra isə Milli Bank "Radikal"ı bankrot elan edib.

Bu xəbərdən sonra Ukraynanın idman naziri İqor Jdanov maliyyə təşkilatının nümayəndələri ilə görüş keçirib. Ona vəd edilib ki, vəsait 2 həftə ərzində qaytarılacaq. Hadisələrin belə ssenari ilə gedişi isə idmançıları qane etmir. Onlar qorxurlar ki, mümkün defolt üzündən mükafatları dəyərdən düşəcək.

Qeyd edək ki, Avropa Oyunlarında Ukrayna idmançıları 46 medal (8 qızıl, 14 gümüş, 24 bürünc) qazanıblar. Öncədən idmançılara qızıl medal üçün 25 min qriven (1100 dollar), gümüş medaldan ötrü 20 min qriven (910 dollar), bürünc medala görə isə 12,5 min qriven (570 dollar) vəd edilib. 

Son xəbərlər

Orphus sistemi