"Bakı 2015"də Azərbaycanı təmsil edən idmançıların və könüllülərin paradı keçiriləcək

"Bakı 2015"də Azərbaycanı təmsil edən idmançıların və könüllülərin paradı keçiriləcək Parad Əl Oyunları Sarayından başlayacaq və Dənizkənarı Milli Parkda "Saat qülləsi"nin yanında yekunlaşacaq
Avropa Oyunları
7 İyul , 2015 10:57
Bakı 2015də Azərbaycanı təmsil edən idmançıların və könüllülərin paradı keçiriləcək

Bakı. 7 iyul. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunan xüsusi tədbir keçiriləcək. "Report" xəbər verir ki, iyulun 12-də baş tutacaq tədbirin təşəbbüskarları Gənclər və İdman Nazirliyi və "Bakı 2015" Аvropa Oyunlarının Əməliyyat Komitəsidir (BEGOC).

"Tarix yazdıq! Tarixə yazıldıq!" şüarı altında keçiriləcək tədbir iki hissədən ibarət olacaq. Tədbirin birinci hissəsində Azərbaycan milli yığmasının idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə "Bakı 2015" paradı baş tutacaq. Parad 20:00-da Əl Oyunları Sarayından başlayaraq Dənizkənarı Milli Parkda "Saat qülləsi"nin yanında yekunlaşacaq.

Parad xüsusi konsert proqramı ilə davam edəcək. Konsert proqramı saat 21:00-da "Saat qülləsi"nin yanında başlayacaq və estrada ulduzlarının iştirakı ilə davam edəcək.

Son xəbərlər

Orphus sistemi