​"Bakı 2015": Azərbaycan idmançıları kamandan oxatma yarışında mübarizəni dayandırıb

​"Bakı 2015": Azərbaycan idmançıları kamandan oxatma yarışında mübarizəni dayandırıb İyunun 16-dan start götürən yarışa sabah yekun vurulacaq
Avropa Oyunları
21 İyun , 2015 11:49
​Bakı 2015: Azərbaycan idmançıları kamandan oxatma yarışında mübarizəni dayandırıb

Bakı. 21 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kamandan oxatma yarışı davam edir. "Report"un məlumatına görə, Azərbaycan idmançıları yarışda mübarizəni dayandırıb.

Qadınlar arasında fərdi yarışlarda Olqa Senyuk iştirak edib. O, reytinq mərhələsində 927 xalla 34-cü pillədə qərarlaşıb. 1/32 final mərhələsində rumıniyalı Simona Bankilanı 6:5 hesabı ilə məğlub edən O.Senyuk 1/16-də danimarkalı Maya Yaqerə məğlub olub - 7:3. Fərdi yarışlarda çıxış edən Nurlana Vəliyeva 1/16 mərhələdə rusiyalı Kristina Timofeyeva ilə üz-üzə gəlib və dueldən 6:0 hesabı ilə məğlub ayrılıb. Eyni mərhələdə Yaylagül Ramazanova da uğur qazana bilməyib. Qadın atıcı gürcüstanlı Xatuna Narimanidze uduzub - 4:6.

Kişilərin fərdi yarışında iştirak edən Aleksey Kopnin 1/32 finalda rusiyalı rəqibi Bair Tsybekdorziyevlə bacara bilməyib və dueldən 6:2 hesabl məğlubiyyətlə ayrılıb. Digər kişi idmançı - Taras Senyuk da eyni aqibətlə üzləşib. O, hollandiyalı Jeff Henkelsə uduzub - 4:6. Roman Vengerov isə fransalı Lukas Daniyellə yarışıb. Fransalı bu dueldə daha dəqiq olub və 6:0 hesablı qələbəyə sevinib.

Kişilər arasında komanda şəklində çoxnövçülük yarışında da Azərbaycan təmsilçiləri uğursuzluqla üzləşib. Aleksey Kopnin, Taras Senyuk və Roman Vengerov 1/8 finaldakı birgə çıxışda İtaliyaya 5:4 hesabı ilə məğlub edib.

Qadınlar arasında komanda şəklində çoxnövçülük yarışında Azərbaycan Almaniyaya 6:0 hesabı ilə uduzub. Azərbaycan komandasında Olqa Senyuk, Nurlana Vəliyeva və Yaylagül Ramazanova çıxış edib.

Qarışıq komanda şəklində çoxnövçülük yarışında da Azərbaycan komandası medal qazanmayıb. Reytinq mərhələsində 1270 xalla 1/8 finala yüksələn Azərbaycan bu mərhələdə İtaliya səddini keçə bilməyib. Olqa Senyuk və Taras Senyukun çıxış etdiyi qarışı komanda italyanlara 0:6 hesabı ilə məğlub olub.

Qeyd edək ki, iyunun 16-dan start götürən kamandan oxatma yarışına sabah yekun vurulacaq. Ümumilikdə 126 idmançının iştirak etdiyi yarışda 5 medal dəsti hazırlanıb.

Son xəbərlər

Orphus sistemi