​Azərbaycan I Avropa Oyunlarında qılıncoynatmanın 3 növündən 2-də təmsil olunacaq

​Azərbaycan I Avropa Oyunlarında qılıncoynatmanın 3 növündən 2-də təmsil olunacaq Sablya və şpaqa üzrə yarışlarda ölkənin ümumilikdə 16 idmançısı iştirak edəcək
Avropa Oyunları
21 Yanvar , 2015 18:00
​Azərbaycan I Avropa Oyunlarında qılıncoynatmanın 3 növündən 2-də təmsil olunacaq

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakıda keçiriləcək I Avropa Oyunlarında Azərbaycan qılıncoynatmanın 2 növündə təmsil olunacaq. Bu barədə "Report"a Azərbaycan Qılıncoynatma Federasiyasının I vitse prezidenti Yaşar Məmmədov məlumat verib.

O, azərbaycanlı idmançıların qılıncoynatmanın şpaqa və sablya növü üzrə keçiriləcək yarışlarda çıxış edəcəklərini söyləyib. Y.Məmmədov rapira növündə baş tutacaq yarışlarda Azərbaycanın təmsil olunmayacağını bildirib. Federasiya rəsmisinin sözlərinə görə, səbəb ölkə idmançılarının rapira növündə zəif çıxış etməsidir.

Qeyd edək ki, qılıncoynatma yarışlarında ümumilikdə 16 idmançı iştirak edəcək. Bunlardan 8-i kişi, 8-i isə qadın olacaq. Onların 4-ü şpaqa, 4-ü sablya növlərində həm fərdi, həm də komanda şəklində mübarizə aparacaq.

Xatırladaq ki, I Avropa Oyunlarında qılıncoynatma yarışları Bakı Kristal Zalında 23-27 iyun tarixləri arasında baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi