Azərbaycanlı FİFA referisi I Avropa Oyunlarına təyinat alıb

Azərbaycanlı FİFA referisi I Avropa Oyunlarına təyinat alıb İnqilab Məmmədov çimərlik futbolu üzrə oyunları idarə edəcək
Avropa Oyunları
4 May , 2015 15:19
Azərbaycanlı FİFA referisi I Avropa Oyunlarına təyinat alıb

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycanın çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov növbəti təyinat alıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İ.Məmmədov "Bakı 2015" Birinci Avropa Oyunlarına təyinat alıb. 

Avropa Oyunlarında digər idman növləri ilə yanaşı, 8 komandanın iştirakı ilə çimərlik futbolu üzrə də qarşılaşmalar keçiriləcək. A qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, B qrupunda isə Rusiya, İtaliya, İspaniya və Macarıstan milli komandaları mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi