Avropa Oyunlarının məşəli Qazax və Ağstafa rayonlarına aparılıb - FOTO

Avropa Oyunlarının məşəli Qazax və Ağstafa rayonlarına aparılıb - FOTO Son məşəlçi Qazax Rayon İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Abışov olub
Avropa Oyunları
18 May , 2015 15:28
Avropa Oyunlarının məşəli Qazax və Ağstafa rayonlarına aparılıb - FOTO

Bakı. 18 may. REPORT.AZ/ Avropa Oyunlarının məşəli Qərb bölgəsinə səyahətini davam etdirir. “Report”un xəbərinə görə, Oyunların rəmzi bu gün Qazaxa gətirilib. Məşəl yürüşü Heydər Əliyev prospektində - rayon Polis Şöbəsinin inzibati binasının qarşısından başlayıb. İlk məşəlçi Qazax Rayon Dövlət Rəsm Qalereyasının əməkdaşı Səidə Məmmədova olub. 10 nəfərin daşıdığı məşəl 2,93 km məsafə qət edildikdən sonra Heydər Əliyev Parkına çatdırılıb. Son məşəlçi Qazax Rayon İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Abışov olub.

Daha sonra Oyunların rəmzi Ağstafaya gətirilib. Burada məşəl yürüşü rayonun Heydər Əliyev prospektində - YAP Ağstafa rayon təşkilatının binası qarşısından start götürüb. Rayon 2 saylı orta məktəbin 11-ci sinif şagirdi Nuriyyə İsmayılovanın başladığı yürüş 3,13 km məsafə qət edib. 

Son xəbərlər

Orphus sistemi