​AVRO-2016: Türkiyə İrlandiya və Belçikanın qələbə qazanması sayəsində qrupda qalıb - VİDEO

​AVRO-2016: Türkiyə İrlandiya və Belçikanın qələbə qazanması sayəsində qrupda qalıb - VİDEO İrlandiya İtaliyanı, Belçika isə İsveçi məğlub edib
Futbol
23 İyun , 2016 00:44
​AVRO-2016: Türkiyə İrlandiya və Belçikanın qələbə qazanması sayəsində qrupda qalıb - VİDEO

Bakı. 23 iyun. REPORT.AZ/ Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinə yekun vurulub.

"Report" xəbər verir ki, son oyun günü "E" qrupunda iki qarşılaşma baş tutub.

Qrup mərhələsinin üçüncü turunda İtaliya İrlandiya ilə, İsveç isə Belçika ilə qarşılaşıb. Yekunda İrlandiya və Belçika hər biri 1:0-lıq qələbəyə sevinən tərəf olub.

İrlandiyanın heyətində 85-ci dəqiqədə Robert Bredi, Belçikada isə 84-cü dəqiqədə Raca Nainqqolan fərqlənib.

Bu qələbələr Türkiyənin qrupdan çıxmaq üçün bəslədiyi son ümidlərin üzərindən xətt çəkib.

Son xəbərlər

Orphus sistemi