​"Synergy Group" kənd təsərrüfatı sahəsində fəaliyyətini genişləndirir

​"Synergy Group" kənd təsərrüfatı sahəsində fəaliyyətini genişləndirir Qrupun "AzAqro" və "Caspian Coast Winery & Vineyards" şirkətləri yeni ixrac bazarları axtarır
ASK
23 Yanvar , 2015 11:39
​Synergy Group kənd təsərrüfatı sahəsində fəaliyyətini genişləndirir

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanın "Synergy Group" ASC 2015-ci ildə kənd təsərrüfatı sahəsində biznes fəaliyyətini genişləndirməyi planlaşdırır.

"Synergy Group"dan "Report"a verilən məlumata görə, 2015-ci ilin ölkədə "Kənd təsərrüfatı ili" elan edilməsi ilə əlaqədar "Synergy Group" bu sahədə bir sıra biznes təklifləri ilə bağlı araşdırmalar aparır.

Qrupun üzvü olan "AzAqro" MMC Azərbaycanda müasir texnologiya ilə mərkəzləşdirilmiş kompüter bazasında istixana şəraitində qızılgül istehsalında innovativ üsulları tətbiq edir. 2013-cü ildən etibarən "AzAqro" öz məhsullarını "Sbuket" brendi ilə ölkə üzrə gül dükanlarına çatdırır. Yerli bazarın tələbatını ödəməklə yanaşı məhsullarını Gürcüstana da ixrac edən şirkətin xaricdə yeni satış bazarlarının axtarılması üzərində işlər aparılır.

Həmçinin, "Synergy Group"un üzvü olan "Caspian Coast Winery & Vineyards" şirkəti Siyəzən Şərab Zavodunda yenidənqurma işləri aparıb və beynəlxalq standartlara uyğun istehsal prosesi təşkil edib. Daxili bazarla yanaşı Rusiya bazarına da ixrac olunan "Caspian Coast Winery & Vineyards" məhsullarının xaricdə yeni satış bazarlarının müəyyən olunması istiqamətində iş aparılır.

Son xəbərlər

Orphus sistemi