​Şəmkirdə sahibkarlar üçün treninq keçirilib

​Şəmkirdə sahibkarlar üçün treninq keçirilib Mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb
ASK
4 Sentyabr , 2015 18:31
​Şəmkirdə sahibkarlar üçün treninq keçirilib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Şəmkirdə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. "Report"un İqtisadiyyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, treninqdə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az,www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.

Qeyd edək ki, treninq İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib. 

Son xəbərlər

Orphus sistemi