Bakı. 14 aprel. REPORT.AZ/ Rusiyanın Perm şəhərində sərnişin avtobusunda yoxlama zamanı üzərində narkotik vasitə olan qadın saxlanılıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, qadının çantasına baxış zamanı 50 qram heroin aşkar edilib.
Aparılan təhqiqat zamanı polis əməkdaşları cinayətkar qrupun bütün üzvlərinin - heroini satan Azərbaycan vətəndaşı və narkotik tədarük edən Tacikistan vətəndaşının izinə düşüblər. Onların hamısı saxlanılıb.
Faktla bağlı cinayət işi qaldırılıb.