​Narkotik satışı ilə məşğul olan Azərbaycan vətəndaşı tutulub

​Narkotik satışı ilə məşğul olan Azərbaycan vətəndaşı tutulub Polis Rusiyanın Perm şəhərində onun izinə düşüb
ASK
14 Aprel , 2015 08:52
​Narkotik satışı ilə məşğul olan Azərbaycan vətəndaşı tutulub

Bakı. 14 aprel. REPORT.AZ/ Rusiyanın Perm şəhərində sərnişin avtobusunda yoxlama zamanı üzərində narkotik vasitə olan qadın saxlanılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, qadının çantasına baxış zamanı 50 qram heroin aşkar edilib.

Aparılan təhqiqat zamanı polis əməkdaşları cinayətkar qrupun bütün üzvlərinin - heroini satan Azərbaycan vətəndaşı və narkotik tədarük edən Tacikistan vətəndaşının izinə düşüblər. Onların hamısı saxlanılıb.

Faktla bağlı cinayət işi qaldırılıb.

Son xəbərlər

Orphus sistemi