​Münhendə Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub

​Münhendə Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib
ASK
7 Fevral , 2015 14:35
​Münhendə Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub

Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Münhendə görüşü olub.

"Report"un məlumatına görə, görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Ölkələrimizin faydalı qarşılıqlı təcrübə mübadiləsi apardığı qeyd olunub.

Söhbət zamanı tikinti, nəqliyyat, kənd təsərrüfatı, yük daşımaları, sərmayə qoyuluşu və digər sahələrdə layihələrin həyata keçirilməsi, treninqlərin təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi