Bakı. 20 iyun. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 24-də Oğuz rayonunda Oğuz, Şəki, Balakən, Zaqatala və Qax rayonlarının sakinləri ilə görüşəcək.
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar quruma (012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Nazirliyin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.