Yuxarı
    Bağlamaq

    Kənd təsərrüfatı naziri Oğuzda vətəndaşlarla görüşəcək

    Qəbulda Oğuz, Şəki, Balakən, Zaqatala və Qax rayonlarının sakinləri iştirak edə bilərlər

    Bakı. 20 iyun. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 24-də Oğuz rayonunda Oğuz, Şəki, Balakən, Zaqatala və Qax rayonlarının sakinləri ilə görüşəcək.

    Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar quruma (012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

    Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Nazirliyin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi