Bakı. 1 Mart. REPORT.AZ/ Kral Salman bin Əbdüləziz əs-Səudün dəvəti ilə Səudiyyə Ərəbistanına iki günlük rəsmi səfər edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın eyni vaxtda bu ölkədə olan Misirli həmkarı Abdel Fəttah as-Sisi ilə görüşməyəci bildirilir.
"Report"un NTV telekanalına istrnadən verdiyi xəbərə görə, Türkiyə ilə Misir arasında yaşanan böhranın aradan qaldırılması istiqamətində ciddi səylər göstərən rəsmi Ər-Riyadın vasitəçilik cəhdləri hələlik heç bir nəticə vermir.
Xatırladaq ki, Misirin sabiq prezidenti Muhammed Mursinin devrilməsini qəti şəkildə pisləyən rəsmi Ankara, bu ölkənin hərbi komandanlığı tərəfindən atılan addımı “qeyri-məqbul çevriliş” kimi səciyyələndirmişdi.
Buna cavab olaraq Misir hökuməti hələ 2013-cü ilin sonunda Türkiyəni ölkənin daxili işlərinə “müdaxilə”də suçlayraq Ankara ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salmağa qərar vermişdi.