Ərdoğan Misirli həmkarı ilə Səudiyyə Ərəbistanında görüşməyəcək

Ərdoğan Misirli həmkarı ilə Səudiyyə Ərəbistanında görüşməyəcək Türkiyə-Misir böhranını aradan qaldırılmaq istəyən Ər-Riyadin səyləri nəticə vermir
ASK
1 Mart , 2015 00:54
Ərdoğan Misirli həmkarı ilə Səudiyyə Ərəbistanında görüşməyəcək

Bakı. 1 Mart. REPORT.AZ/ Kral Salman bin Əbdüləziz əs-Səudün dəvəti ilə Səudiyyə Ərəbistanına iki günlük rəsmi səfər edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın eyni vaxtda bu ölkədə olan Misirli həmkarı Abdel Fəttah as-Sisi ilə görüşməyəci bildirilir.

"Report"un NTV telekanalına istrnadən verdiyi xəbərə görə, Türkiyə ilə Misir arasında yaşanan böhranın aradan qaldırılması istiqamətində ciddi səylər göstərən rəsmi Ər-Riyadın vasitəçilik cəhdləri hələlik heç bir nəticə vermir.

Xatırladaq ki, Misirin sabiq prezidenti Muhammed Mursinin devrilməsini qəti şəkildə pisləyən rəsmi Ankara, bu ölkənin hərbi komandanlığı tərəfindən atılan addımı “qeyri-məqbul çevriliş” kimi səciyyələndirmişdi.

Buna cavab olaraq Misir hökuməti hələ 2013-cü ilin sonunda Türkiyəni ölkənin daxili işlərinə “müdaxilə”də suçlayraq Ankara ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salmağa qərar vermişdi.

Son xəbərlər

Orphus sistemi