Ekspert: "Azərbaycanda yerli meyvə-tərəvəz toxumlarının məhsuldarlığı çox aşağıdır"

Ekspert: "Azərbaycanda yerli meyvə-tərəvəz toxumlarının məhsuldarlığı çox aşağıdır" "Oxfam" təşkilatının Azərbaycandakı layihəsinin meneceri Ramilə Aslanova: "Tərəvəz toxumçuluğunun inkişafında böyük bir boşluq yaranıb"
ASK
5 Yanvar , 2015 11:52
Ekspert: Azərbaycanda yerli meyvə-tərəvəz toxumlarının məhsuldarlığı çox aşağıdır

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu tərəfindən yaradılan yerli meyvə-tərəvəz toxumlarının məhsuldarlığı çox aşağı səviyyədədir. "Report" xəbər verir ki, bunu Böyük Britaniyanın "Oxfam" qeyri-hökumət təşkilatının Azərbaycandakı nümayəndəliyinin "Kənd yerlərinin inkişafı Layihəsi"nin meneceri Ramilə Aslanova deyib.

"Araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanda tərəvəzlər çox bahadır. Bunun səbəbi isə sırf istehsal vasitələrinin baha olması ilə bağlıdır. Azərbaycanda tərəvəz toxumlarının 80% -i ixrac olunur və tərəvəz toxumçuluğunun inkişafında böyük bir boşluq yaranıb", - deyə R.Aslanova bildirib.

Layihənin meneceri qeyd edib ki, "Kənd yerlərinin inkişafı Layihəsi" çərçivəsində pilot layihəsi olaraq yerli tərəvəz toxumçuluğunun inkişaf etdirilməsi məqsədi ilə 650-yə yaxın fermerə səpin aparatları və yeni toxumlar barədə məlumatlar verilib.

R.Aslanova, həmçinin əlavə edib ki, ötən ilin yay aylarında Türkiyədən Azərbaycana gətirilən 5 yeni çiyələk növünün toxumları əkin sahələrinə səpilib: "Uğurlu nəticə əldə edəcəyimizi düşünürük".

Son xəbərlər

Orphus sistemi