Bakı. 15 mart. REPORT. AZ/ "Tərtər-Pambıq" ASC-nin mayın 27-də səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. "Report"un "Xalq qəzetinə" istinadən verdiyi məlumata görə, gündəliyə salınan məsələlər sırasına cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), cəmiyyətin emal sahəsi üzrə gələcək fəaliyyətinin müzkairəsi və bu barədə qərarın qəbul edilməsi daxildir.
Yığıncaq Tərtər rayonu, Qaraqoyunlu kəndində saat 10:30-da keçiriləcək.
Eyni tarixdə "Qarabağ-Pambıq" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncaqda cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), cəmiyyətin emal sahəsi üzrə gələcək fəaliyyətinin müzkairəsi və bu barədə qərarın qəbulu və digər məsələlər müzakirə ediləcək.
Toplantı Bərdə şəhəri, Nizami küçəsi,125 ünvanda keçiriləcək. Cəmiyyətin toplantısı saat 12:30-a təyin edilib.