Azərbaycanın iki pambıq istehsalçısının səhmdarlarının toplantısı keçiriləcək

Azərbaycanın iki pambıq istehsalçısının səhmdarlarının toplantısı keçiriləcək Hər iki iclas may ayına təyin olunub
ASK
15 Mart , 2016 10:50
Azərbaycanın iki pambıq istehsalçısının səhmdarlarının toplantısı keçiriləcək

Bakı. 15 mart. REPORT. AZ/ "Tərtər-Pambıq" ASC-nin mayın 27-də səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. "Report"un "Xalq qəzetinə" istinadən verdiyi məlumata görə, gündəliyə salınan məsələlər sırasına cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), cəmiyyətin emal sahəsi üzrə gələcək fəaliyyətinin müzkairəsi və bu barədə qərarın qəbul edilməsi daxildir.

Yığıncaq Tərtər rayonu, Qaraqoyunlu kəndində saat 10:30-da keçiriləcək.

Eyni tarixdə "Qarabağ-Pambıq" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncaqda cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), cəmiyyətin emal sahəsi üzrə gələcək fəaliyyətinin müzkairəsi və bu barədə qərarın qəbulu və digər məsələlər müzakirə ediləcək. 

Toplantı Bərdə şəhəri, Nizami küçəsi,125 ünvanda keçiriləcək. Cəmiyyətin toplantısı saat 12:30-a təyin edilib.

Son xəbərlər

Orphus sistemi