​Azərbaycanda xüsusi növbəli əkin sxemləri hazırlanıb

​Azərbaycanda xüsusi növbəli əkin sxemləri hazırlanıb Hökumət iri fermer təsərrüfatları yaratmaq niyyətindədir
ASK
1 May , 2015 19:38
​Azərbaycanda xüsusi növbəli əkin sxemləri hazırlanıb

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycanda iri fermer təsərrüfatlarının (taxılçılıq) yaradılması üçün xüsusi əkin sxemləri hazırlanıb. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, hazırda republikanın Taxtakörpü və Şəmkirçay su anbarlarının və kanalların tikintisi nəticəsində yeni suvarılacaq və su təminatı yaxşılaşdırılacaq rayonlarda müvafiq torpaq sahələrinin seçilməsi, ölçülərinin müəyyənləşdirilməsi, mövcud əkin strukturunun öyrənilməsi və s bu kimi məsələlərin həlli ilə bağlı işlər həyata keçirilir.

"Bu bölgələr üzrə ilkin variantlarda müxtəlif 5, 6, 7 tarlalı növbəli əkin sxemləri hazırlanıb və aidiyyəti üzrə təqdim edilib", - nazirlikdən bildirilib.

Həmçinin iri taxılçılıq təsərrüfatının yaradılmasının mümkünlüyü müəyyən edilmiş 29 rayon üzrə (Sabirabad, Salyan, Biləsuvar, Hacıqabul, İmişli, Saatlı, Ucar, Kürdəmir, Ağdam, Zərdab, Göyçay, Qəbələ, Oğuz, Şəmkir, Tovuz, Göygöl, Samux, Goranboy, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Ağcabədi, Beyləqan, Füzuli, Ağstafa, Neftçala rayonları və Yevlax, Şəki şəhərləri) əlavə olaraq 200,0 min hektaradək dövlət mülkiyyətində olan müvafiq torpaq sahələrinin tədricən əkin dövriyyəsinə qatılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi öz funksiyalarına aid məsələlərin həlli ilə bağlı lazımi tədbirlər görür. 

Son xəbərlər

Orphus sistemi