​Azərbaycanda quşçuluğun inkişafı ilə bağlı toplantı keçirilib

​Azərbaycanda quşçuluğun inkişafı ilə bağlı toplantı keçirilib İqtisadiyyat Nazirliyində quşçuluq təsərrüfatlarının rəhbərləri ilə görüş keçirilib
ASK
27 Yanvar , 2016 19:19
​Azərbaycanda quşçuluğun inkişafı ilə bağlı toplantı keçirilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanda quşçuluq sahəsində mövcud vəziyyətin təhlil edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində quşçuluq təsərrüfatlarının rəhbərləri ilə görüş keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısı tərəfindən quşçuluğun inkişafı, quş əti istehsalının artırılması, istehsalda xarici komponentlərin istifadəsinin azaldılması və beləliklə, maya dəyərinə xarici təsirlərin minimuma endirilməsi, tələbatın yerli istehsal hesabına tam ödənilməsi və ixrac edilməsi barədə tapşırıqlar verib.

Görüşdə bu tapşırıqların icrası üçün görülməsi zəruri olan tədbirlərlə bağlı müzakirələr aparılıb. Quşçuluq müəssisələrinin nümayəndələri toyuq əti və yumurtanın maya dəyərinə təsir edən əsas amillər - dərman preparatları və vaksinlər, yem bazasının artırılması üçün əlavə torpaq sahələrinin ayrılması və s. barədə təkliflərini bildiriblər.

Görüşdə səsləndirilən təkliflərin qısa müddətdə öyrənilməsi və həyata keçirilməsi imkanlarının araşdırılması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi