Azərbaycanda fermerlərə dövlət yardımının verilməsinin yeni qaydaları hökumətə təqdim olunub

Azərbaycanda fermerlərə dövlət yardımının verilməsinin yeni qaydaları hökumətə təqdim olunub Sənəd ictimai müzakirələr mərhələsindədir
ASK
28 Aprel , 2015 17:26
Azərbaycanda fermerlərə dövlət yardımının verilməsinin yeni qaydaları hökumətə təqdim olunub

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsinin yeni qaydaları hazırlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qaydaların layihəsi artıq Nazirlər Kabinetinə təqdim olunub və ictimai müzakirələrə çıxarılmaq məqsədilə layihə nazirliyin rəsmi veb-saytında da (www.agro.gov.az ) yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi