Azərbaycanda Baytarlıq Şəhərciyinin tikintisi bu il tamamlanacaq

Azərbaycanda Baytarlıq Şəhərciyinin tikintisi bu il tamamlanacaq Sabah Bakıda açılacaq beynəlxalq qida sənayesi sərgisində 300-ə yaxın şirkət iştirak edəcək
ASK
20 May , 2015 14:09
Azərbaycanda Baytarlıq Şəhərciyinin tikintisi bu il tamamlanacaq

Bakı. 20 may. REPORT.AZ/ Mayın 21-də Bakıda işə başlayacaq beynəlxalq qida sənayesi sərgisində 39 ölkədən 293 şirkət iştirak edəcək. Bu şirkətlərin 83-ü yerli, 210-u isə xarici şirkətlərdir.

"Report"un məlumatına görə, sərgi haqqında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bu gün keçirilən mətbuat konfransında məlumat verib: "Tədbirdə ilk dəfə İordaniya və Əlcəzair iştirak edəcək".

Nazir müavini ölkədə kənd təsərrüfatı sahəsində həyata keçirilən işlər haqqında danışarkən bildirib ki, bu il Baytarlıq Şəhərciyinin tikintisinin yekunlaşdırılması nəzərdə tutulub. İ.Quliyev deyib ki, baytarlıq sahəsinə aid olan bütün idarələr yeni baytarlıq şəhərciyində yerləşəcək. Eyni zamanda, cins mal-qaranın inkişafı üçün süni mayalanma mərkəzinin tikintisi də davam etdirilir.

Son xəbərlər

Orphus sistemi