​Azərbaycan və Niderland fermerlərin maarifləndirilməsi istiqamətində birgə proqram həyata keçirəcək

​Azərbaycan və Niderland fermerlərin maarifləndirilməsi istiqamətində birgə proqram həyata keçirəcək Azərbaycan Dövlət Aqrar Universiteti ilə Niderlandın “Petc+” tədris mərkəzi arasında anlaşma memorandumu imzalanıb
ASK
20 May , 2016 10:45
​Azərbaycan və Niderland fermerlərin maarifləndirilməsi istiqamətində birgə proqram həyata keçirəcək

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Dövlət Aqrar Universiteti ilə Niderlandın “Petc+” tədris mərkəzi arasında anlaşma memorandumu imzalanıb. "Report" xəbər verir ki, imzalanma Bakıda “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə XXII Beynəlxalq Qida (“WorldFood Azerbaijan-2016”) və X Kənd Təsərrüfatı (“CaspianAgro-2016”) sərgiləri çərçivəsində baş tutub.

Memoranduma əsasən hər iki təhsil müəssisəsi arasında qarşılıqlı razılaşma əsasında informasiya mübadiləsi, təcrübə səfərlərinin təşkili və fermerlərin maarifləndirilməsi istiqamətində birgə proqramların həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, mayın 21-dək davam edəcək “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərində bu il iştirak edən ölkələr arasında Azərbaycan, Belarus, Almaniya, Hindistan, İspaniya, İtaliya, Qazaxıstan, Litva, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çexiya və digər ölkələr var.

Son xəbərlər

Orphus sistemi