Yuxarı
    Bağlamaq

    ​Azərbaycan və Niderland fermerlərin maarifləndirilməsi istiqamətində birgə proqram həyata keçirəcək

    Azərbaycan Dövlət Aqrar Universiteti ilə Niderlandın “Petc+” tədris mərkəzi arasında anlaşma memorandumu imzalanıb

    Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Dövlət Aqrar Universiteti ilə Niderlandın “Petc+” tədris mərkəzi arasında anlaşma memorandumu imzalanıb. "Report" xəbər verir ki, imzalanma Bakıda “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə XXII Beynəlxalq Qida (“WorldFood Azerbaijan-2016”) və X Kənd Təsərrüfatı (“CaspianAgro-2016”) sərgiləri çərçivəsində baş tutub.

    Memoranduma əsasən hər iki təhsil müəssisəsi arasında qarşılıqlı razılaşma əsasında informasiya mübadiləsi, təcrübə səfərlərinin təşkili və fermerlərin maarifləndirilməsi istiqamətində birgə proqramların həyata keçirilməsi nəzərdə tutulub.

    Qeyd edək ki, mayın 21-dək davam edəcək “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərində bu il iştirak edən ölkələr arasında Azərbaycan, Belarus, Almaniya, Hindistan, İspaniya, İtaliya, Qazaxıstan, Litva, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çexiya və digər ölkələr var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi