Türkiyədə koalisya hökuməti, yaxud beş kombinasiyadan biri - ŞƏRH

Türkiyədə koalisya hökuməti, yaxud beş kombinasiyadan biri - ŞƏRH Bu siyasi kampaniya Türkiyə cəmiyyətinin demokratiyaya sadiq olduğunu təsdiqlədi
Analitika
8 İyun , 2015 16:52
Türkiyədə koalisya hökuməti, yaxud beş kombinasiyadan biri - ŞƏRH

Bakı. 8 iyun. REPORT.AZ/ Türkiyədə parlament seçkiləri başa çatıb.

Seçkinin ilkin qeyri-rəsmi nəticələrinə əsasən, hakim Ədalət və İnkişaf Partiyası birinci yerdə olsa da, təkbaşına hökumət qura bilməyəcək.

İlkin məlumata əsasən, nəticələr belə olub:

Ədalət və İnkişaf Partiyası (AKP) 40,8% - 258 millət vəkili;

Cümhuriyyət Xalq Partiyası (CXP) 25% - 132 millət vəkili;

Milliyətçi Hərəkat Partiyası (MHP) 16,3% - 80 millət vəkil;

Xalqların Demokratik Partiyası (HDP) 13,01% - 80 millət vəkili.

56 milyon 632 min 889 seçicinin 87% səsvermədə iştirak edib.

Türkiyə Böyük Millət Məclisində 550 yer var. 10 faizlik baryeri aşan 4 pariya ötən parlamentdə belə təmsil olunublar - AKP 327, CXP 135, MHP 53, HDP isə 35 millət vəkili.

Nəticələrə əsasən, AKP-nin təkbaşına hökumət qurması mümkün olmadığından, bu siyasi təşkilatın nəzərdə tutduğu bir sıra proqramları həyata keçirməsində də ciddi problemlər yaranacaq.

Bununla belə, hakimiyyətdə olmasına, ölkə daxili və xaricindən çoxlu tənqidlərə məruz qalmasına baxmayaraq, hakim siyasi təşkilatın 13 ildən sonra yenidən birinci yerdə olmasını Ədalət və İnkişaf Partiyasının uğuru saymaq olar.

Müxalifət isə ötən seçkidə topladığı səslərinin sayını artırıb. Ancaq ötən parlamentdən fərqli olaraq, budəfəki seçkidə ən çox deputat yerini HDP qazanıb. Başqa sözlə, seçki barajını keçə bilməyəcəyi halda onun səslərinin çoxunu hakim partiya qazanacaqdısa, nəticə əksinə oldu. Ədalət və İnkişaf Partiyasının itirdiyi səslərin çoxu HDP-yə gedib. 

Kürd probleminin həlli üçün başlanan çözüm prosesi, yeni konstitusiyanın qəbul edilməsi, milli azlıqların hüquqlarının artırılması kimi məsələlər bu iki partiyanın əsas hədəfidir. Oxşar platformalarla seçki kampaniyası aparan hakim partiya HDP-yə məğlub olub.

İddialı siyasi partiyaların heç biri mütləq səs çoxluğu qazana bilmədiyindən, Türkiyə az qala 13 il öncəki illərə qayıda bilər. Məlumat üçün qeyd edək ki, ölkədə koalisiya hökumətləri həmişə dönəm müddətlərini tam başa vurmadan dağılıb. Nəticədə hər 2,5 ildən bir Türkiyədə seçkilər keçirilib.

Odur ki, ölkədə yenidən elə bir siyasi şəraitin yaranacağı istisna edilimir.

Koalisiya kombinasiyaları belə ola bilər: AKP-CXP, AKP-MHP-HDP, AKP-MHP, AKP-HDP, CXP-MHP-HDP.

Beş kombinasiyanın heç biri gerçəkləşməzsə, ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Müxalifət təmsilçilərinin koalisiya hökuməti ilə bağlı çıxışlarına inansaq, belə bir hökumətin formalaşdırılmayacağını yaxın aylarda növbədənkənar seçkilərin keçiriləcəyini ehtimal etmək olar.

Türkiyə Konstitusiyasına görə, 45 gün ərzində yeni hökumət formalaşdırılmalıdır. Əks halda, ölkə prezidenti növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda qərar qəbul etməlidir. 

Bu siyasi kampaniya Türkiyənin demokratik yolla inkişaf etdiyini və bu yoldan geri dönmədiyini bir daha təsdiqlədi. Bir çoxlarının iddiasının əksinə olaraq, hakim partiyanın diktatura yaratmaq istəməsi ilə bağlı verdikləri bəyanatlar da boşa çıxdı.

Seçkidə bır sıra gözlənilməzliklər də olub. Ötən parlamentdə deputarların ümumi sayının 14%-ni qadın deputatlar təşkil edirdisə, bu dəfə onların sayı 18%-ə çatıb. Türkiyə vətəndaşı olan üç erməni də parlamentə seçilib. Ən maraqlı sayıla biləcək hadisə isə terrorçu PKK-nın həbsdə olan lideri Abdulla Öcalanın qardaşı qızı Dilək Öcalanın da deputat seçilməsidir.

Seçki Türkiyənin daha çox ehtiyacı olan məsələləri və ölkə üçün ehtiyat ediləcəyi başlıca təhlükəni də aşkarladı. Habelə Türkiyə cəmiyyətinin demokratiyaya sadiq olduğunu təsdiqlədi.

Son xəbərlər

Orphus sistemi