​Ermənistan hakimiyyəti "Perincək məsələsi" ilə özünü qoruyur - ŞƏRH

​Ermənistan hakimiyyəti "Perincək məsələsi" ilə özünü qoruyur - ŞƏRH Bu məqsədlə KİV-dən məharətlə istifadə edirlər
Analitika
28 Yanvar , 2015 16:38
​Ermənistan hakimiyyəti Perincək məsələsi ilə özünü qoruyur - ŞƏRH

Bakı. 28 yanvar. REPORT.AZ/ Avropa İnsan Haqları Məhkəməsi Fransanın Strasburq şəhərində Türkiyə siyasətçisi Doğu Perincəkin "erməni soyqırımı imperialistlərin yalanıdır" fikri ilə bağlı dinləmələr keçirir.

"Report"un məlumatına görə, bundan sonra məhkəmə hakimləri məsələni qapalı iclasda müzakirə edəcək.

Məqsədimiz bu məhkəmə oyununu dəyərləndirmək deyil. Çünki söz, fikir azadlığı ilə bağlı bu sayaq məhkəmələrə Avropa adətkardır. Ermənistan KİV-inin  bu məsələyə daha çox yer ayırmasına qısaca da olsa aydınlıq gətirmək istərdik.

Bunun üçün son 15 gündə Ermənistanda baş verənlərə nəzər salaq.

Yanvarın 12-də Gümrüdə Rusiya hərbçisi bir erməni ailəsinin 7 üzvünü güllələyərək qətlə yetirdi. Bundan sonra ölkədə həmin hərbçinin Ermənistana təhvil verilməsi, hətta Rusiya hərbi bazasının ölkədən çıxarılması tələbi ilə aksiyalar keçirildi. Vəziyyət ciddi xarakter almağa başlasa da, sonradan müxtəlif müdaxilələr nəticəsində bu istiqamətdə yaranmış gərginlik azaldıldı.

Vəziyyət o yerə çatıb ki, Ermənistan polisi rəisinin müavini Vladimir Qasparyan yanvarın 28-də jurnalistlərlə görüşündə KİV nümayəndələrini Gümrü hadisələri barədə informasiyalar yaymaqdan çəkinməyə çağırıb.

Bundan başqa, ölkədə sosial-iqtisadi yöndə iki etiraz aksiyası keçirilib. Bunlardan biri "Nairit" zavodunun işçilərinin Ermənistan prezidentinin iqamətgahı qarşısında keçirdiyi etiraz aksiyasıdır. Etirazçılar 18 ay ərzində ödənilməyən əmək haqlarının verilməsini tələb edib. Hökumət isə onların tələbinin ödənilməsində aciz görünür.

O biri isə İrəvanda iş adamlarının Ermənistan hökumətinin binası qarşısında keçirdiyi etiraz aksiyasıdır.

İş adamları vergi qanununa etiraz edirlər. Bu aksiyanın da tələbi hələ ödənilməyib.

Belə bir durumda Ermənistan hökuməti uydurulmuş tarixə ermənilərin həssaslığını bildiyindən diqqəti Strasburqda keçirilən məhkəməyə yönəldib. Bununla da cəmiyyətin diqqətini həm Gümrü hadisəsindən, həm də ölkədəki mövcud sosial-iqtisadi vəziyyətlə bağlı başqa məsələlərdən yayındırmağa nail olub. Onlar bu məqsədlə KİV-dən məharətlə istifadə edirlər. Nəticədə Ermənistan hakimiyyəti müvəqqəti də olsa etirazçıların diqqətindən yayına bilib. 

Son xəbərlər

Orphus sistemi