Ekspert: "Bu il Azərbaycanda inflyasiya birrəqəmli səviyyədə qalacaq"

Ekspert: "Bu il Azərbaycanda inflyasiya birrəqəmli səviyyədə qalacaq" "Bu il inflyasiya heç vaxt ikirəqəmli olmayacaq"
Analitika
11 Aprel , 2015 14:18
Ekspert: Bu il Azərbaycanda inflyasiya birrəqəmli səviyyədə qalacaq

Bakı. 11 aprel. REPORT.AZ/ "Neftin qiymətinin ucuzlaşması və dünyada baş verən bir çox digər iqtisadi proseslər dünya bazarında valyuta gətirəcək mənbələrin hansı qiymət tələb edirsə, manatın da ona uyğunlaşdırılacağını diktə edirdi". Bunu "Report"a iqtisadçı ekspert Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, manatın məzənnəsinin daha da ucuzlaşması ilə bağlı yayılan fikirlər əsassızdır:

"2014-cü ilin sosial iqtisadi nəticələri ilə bağlı, cənab Prezident Nazirlər Kabinetinin yığıncağını keçirərkən manatın məzənnəsi ilə bağlı fikirlərini demişdi ki, "biz manatı digər valyutalardan asılı vəziyyətə gətirməməliyik. Manat özü sərbəst öz məzənnəsini müəyyənləşdirməlidir". Bundan sonra manatın bu qədər düşəcəyi kimi fikirlərin əsası yoxdur. Artıq manatın qiymətinin düşməsi proses qəti gözlənilmir".

O, həmçinin qeyd edib ki, manatın devalvasiyası prosesində - əslində öz dəyərinə uyğunlaşması prosesində bundan istifadəyə müəyyən cəhdlər edən işbazlar otaya çıxıb: "Amma cənab Prezidentin müdaxiləsindən sonra bu məsələ kəskin şəkildə nəzarətə götürüldü və süni qiymət artımına yol verilmədi". 

Aydın Hüseynov ölkədə inflyasiyanın birrəqəmli həddə olacağını qeyd edib: "Bu il inflyasiya heç vaxt ikirəqəmli olmayacaq, birrəqəmli səviyyədə qalacaq. Odur ki, birrəqəmli inflyasiyanın özü labüddür və iqtisadiyyatın qanunudur".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin iclasında Azərbaycanda manatın məzənnəsinə bu ilin fevralında dəyişikliklər edilməsinə baxmayaraq, inflyasiyanın çox aşağı səviyyədə olduğunu vurğulamışdı.

Son xəbərlər

Orphus sistemi