​ATƏT təmsilçilərinin "işgüzarlıq" bəyanatı - ŞƏRH

​ATƏT təmsilçilərinin "işgüzarlıq" bəyanatı - ŞƏRH Qurum Azərbaycanı da "sakitləşdirməyə"ə üstünlük verib
Analitika
9 Fevral , 2015 17:01
​ATƏT təmsilçilərinin işgüzarlıq bəyanatı - ŞƏRH

Bakı. 9 fevral. REPORT.AZ/ Ötən həftə ATƏT-in Minsk qrupunun təmsilçiləri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı çeşidili bəyanatlar verib, bu məsələyə diqqət yönəldiblər.

"Report" ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, Minsk qrupunun həmsədrləri təşkilatın fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç ilə birgə bəyanatla çıxış ediblər. Bəyanatda vasitəçilər münaqişə tərəflərini siyasi iradə nümayiş etdirərək danışıqlar prosesini aktivləşdirməyə çağırıblar.

Həmsədlər danışıqlar prosesinə töhfə verməyə hazır olduqlarını, həmçinin bölgədə yaşanan gərginliyin azaldılmasının vacib olduğunu vurğulayıblar.

Qeyd olunub ki, münaqişə bölgəsində artan gərginlik bütün region üçün ciddi təhlükə mənbəyidir və bu vəziyyət xüsusilə dinc sakinlərin həyatını təhlükə altına qoyur.

Bəyanata görə, 2015-ci ilin yanvar ayı ərzində 12 ölüm və 18 yaralanma faktı qeyd olunub. Bu da 1994-cü ildə atəşkəs rejimi elan olunduqdan sonra qeydə alınan ən böyük göstəricidir: "2014-cü ildə isə 60 nəfər həlak olub və biz bu qorxulu tendensiyanın davam etməsindən narahatıq. Biz tərəfləri hücumlara, dinc sakinlərə atəş açmağa son qoymağa çağırırıq və gərginliyin azalması və atəşkəs rejiminin gücləndirilməsi istiqamətində əlavə tədbirlər görməyə səsləyirik".

Buna oxşar bəyanatlar əvvəllər də verilib. Minsk qrupu işğal altında olan Azərbaycan torpaqlarında Ermənistan silahlılarının iştirakı ilə bağlı rəsmi İrəvanı mühakimə etməkdənsə, yenə hər iki tərəfə "sakitləşməyi və atəşkəs rejiminə əməl etməyi" məsləhət görür.

Onların və Ermənistan hakimiyyətinin Azərbaycana qarşı bu sayaq çıxışlarına Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev Münhendə keçirlilən tədbirdə cavab verib: "Onlar bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və bizi günahlandırırlar. Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var?"

ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupunun həmsədrləri bu məsələyə diqqət yetirməkdənsə, hər iki tərəfə eyni münasibət göstərməkdədir.

Prezident İlham Əliyevin Münhendə diqqət yönəltdiyi vacib məsələlərdən biri də Ukraynada baş verənlərdir. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi həll edilmiş olsaydı, bəlkə də Ukrayna indi bu münaqişə ilə üzləşməzdi.

Azərbaycan tərəfi işğal altında olan torpaqların danışıqlar və başqa yollarla azad edilməsinə hazır olduğunu bildirir. Son zamanlar dünyada, eləcə də Ukraynada baş verənlər bu məsələdə Azərbaycanın haqlı olduğunu təsdiqləməkdədir.

Bu baxımdan rəsmi Bakının ATƏT-i fəaliyyətsizlikdə tənqid etməsindən qurum özünü "narahat" kimi göstərməyə çalışıb. Ona görə də ənənəvi bəyanat vermə üsulunu çıxış yolu kimi seçıb. Ancaq təşkilat burada da mövqeyinin düzgün olmadığını bir daha sərgiləyib. Başqa sözlə, fəaliyyətinə korrektələr edib, işğalçıya yerini göstərib, bu istiqamət Ermənistana, eləcə də Azərbaycan torpaqlarını işğal altında saxlayanlara sanksiyaların tətbiqi ilə bağlı təşəbbüslə çıxış etməkdənsə, qurum Azərbaycanı da "sakitləşdirməyə"ə üstünlük verib.

ATƏT sədri və həmsədrlərin bəyanatından da göründüyü kimi, əsas xətt - hər iki tərəfi qınamaq - saxlanılıb. Bununla da qurum təmsilçiləri əvvəlki çıxışlardan elə ciddi fikirlə fərqlənməyib. Odur ki, bu bəyanatla ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə ənənəvi yanaşmasını bir daha göstərib. Sözügedən sənədlə onlar bu istiqamətdə "çalışdıqlarını" sübut etməyə səy ediblər.

Son xəbərlər

Orphus sistemi