Ukraynanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib - YENİLƏNİB

Ukraynanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib - YENİLƏNİB Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuriy Husyev etimadnaməsinin surətini Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifova təqdim edib.
Xarici siyasət
29 Aprel , 2024 18:39
Ukraynanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib - YENİLƏNİB

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Ukraynanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Səfir ilk öncə etimadnaməsinin surətlərini təqdim edib.

Görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Ukraynanın səfiri Yuriy Husyev öz növbəsində Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün maksimum səy göstərməyə hazır olduğunu vurğulayıb.

Tərəflər, həmçinin qlobal və regional təhlükəsizliklə bağlı gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfirə ölkəmizdəki fəaliyyəti müddətində uğurlar arzulanıb.

17:01

Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifova təqdim edib.

"Report" xəbər verir ki, bu barədə diplomat feysbukda paylaşım edib.

"Ukraynanın Azərbaycandakı səfiri kimi diplomatik fəaliyyətimin başlaması ilə əlaqədar etimadnamələrin surətlərini təqdim etmək üçün Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovla görüşdüm. Görüş zamanı Azərbaycanın xarici siyasət idarəsinin rəhbərinin müavini Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair Azərbaycanın dəyişməz mövqeyini, eləcə də Azərbaycan tərəfinin iki dövlət arasında mövcud ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə və Ukraynaya enerji, sosial və digər sahələrdə humanitar yardım göstərməyə hazır olduğunu təsdiqləyib", - paylaşımda qeyd edilib.

Səfir Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirdiyini diqqətə çatdırıb: "Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün maksimum səy göstərməyə hazır olduğumu vurğuladım. Bundan sonra ikitərəfli və çoxtərəfli əməkdaşlıq, eləcə də qlobal və regional təhlükəsizlik gündəliyində duran bir çox məsələləri ətraflı müzakirə etdik".

Son xəbərlər

Orphus sistemi