Azərbaycan və Türkiyənin teatr sahəsində birgə layihələr həyata keçirməsinə dair plan hazırlanacaq

Azərbaycan və Türkiyənin teatr sahəsində birgə layihələr həyata keçirməsinə dair plan hazırlanacaq Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Tamer Karadağlının görüşü zamanı Azərbaycanla Türkiyənin teatr sahəsində əməkdaşlıq məsələləri, əsərlərin qarşılıqlı olaraq teatr səhnələrində tamaşaya qoyulm
Mədəniyyət siyasəti
13 May , 2024 17:20
Azərbaycan və Türkiyənin teatr sahəsində birgə layihələr həyata keçirməsinə dair plan hazırlanacaq

Azərbaycan və Türkiyə arasında teatr sahəsində birgə layihələrin həyata keçirilməsinə dair plan hazırlanacaq.

“Report”un Ankara bürosunun məlumatına görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrlar Baş İdarəsinin müdiri Tamer Karadağlı arasında keçirilən görüş zamanı razılığa gəlinib.

Görüşdə Azərbaycanla Türkiyənin teatr sahəsində əməkdaşlıq məsələləri, əsərlərin qarşılıqlı olaraq teatr səhnələrində tamaşaya qoyulması və təcrübə mübadiləsi müzakirə olunub.

T.Karadağlı Azərbaycanla bütün sahələrdə olduğu kimi, mədəniyyət və teatrlar sahəsində də əməkdaşlığın inkişafının əhəmiyyətindən danışaraq Türkiyədə yeni Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının incəsənət və onun əsas qolu olan teatr sahəsində əməkdaşlığın inkişafına öz təsirini göstərəcəyinə inandığını bildirib.

Əslən azərbaycanlı olan Tamer Karadağlı Azərbaycana olan səfərindən danışaraq ata-baba ənənələrinin, Azərbaycan mədəniyyətinin, o cümlədən teatrın onda böyük maraq doğurduğunu qeyd edib.

Azərbaycanın zəngin mədəniyyəti, ölkədə teatr sahəsinin keçdiyi inkişaf yolundan bəhs edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın Türkiyə ilə mədəni əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. O, gələcəkdə teatr sahəsində əlaqələrin inkişafında Türkiyədə yeni yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin mühüm layihələr həyata keçirəcəyini qeyd edib.

Görüşdə hər iki ölkənin teatrları arasında əlaqələrin yaradılması, inkişafı, Azərbaycan müəlliflərinin əsərlərinin Türkiyədə teatr səhnələrində tamaşaya qoyulması, bu istiqamətdə təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin reallaşdırılması, memorandumların imzalanması barədə təkliflər verilib. Türkiyədə keçirilən “Kültür yolu” festivalında da Azərbaycan teatrlarının iştirakı ilə əlaqədar iş aparılacağı bildirilib.

Azərbaycan səfirliyinin birinci katibi Aygün Qocayeva ötən müddət ərzində səfirliyin bu istiqamətdə apardığı işlər, Azərbaycan müəlliflərinin əsərlərinin Türkiyədə teatr səhnələrində tamaşaya qoyulması ilə bağlı təşəbbüsləri haqqında danışıb: “Bu fəaliyyətlər artıq yeni yaradılan Mədəniyyət Mərkəzi tərəfindən sistemli şəkildə aparılacaq”.

Sonda teatr sahəsində birgə layihələrin həyata keçirilməsinə dair planın hazırlanması barədə razılığa gəlinib.

Son xəbərlər

Orphus sistemi