İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət istiqamətləri məlum olub

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət istiqamətləri məlum olub Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 7 fəaliyyət istiqaməti olacaq.
İnfrastruktur
29 Aprel , 2024 17:34
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət istiqamətləri məlum olub

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 7 fəaliyyət istiqaməti olacaq.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini tapıb.

Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Agentliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək;

- iri şəhərlərdə suyun mənbədən götürülməsi, emalı, nəqli və satışı sahəsində fəaliyyəti həyata keçirmək;

-iri şəhərlərə xidmət göstərən su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını həyata keçirmək;

- iri şəhərlərdə istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının axıdılması xidmətlərini göstərmək;

- balansında olan hidrotexniki qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək;

-su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək;

- müvafiq sahənin inkişafını təmin etmək;

- Bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Son xəbərlər

Orphus sistemi