Hacıqabulda avtomobil 70 yaşlı qadını vuraraq öldürüb

Hacıqabulda avtomobil 70 yaşlı qadını vuraraq öldürüb
Hadisə
29 Aprel , 2024 19:11
Hacıqabulda avtomobil 70 yaşlı qadını vuraraq öldürüb

Hacıqabulda avtomobil 70 yaşlı qadını vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, yol qəzası bu gün saat 18 radələrində baş verib. Hacıqabul rayon sakini A.Əkbərov idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsi ilə yolu keçmək istəyən rayon sakini, 1954-cü il təvəllüdlü Qızbəs Muxtarovanı vurub. Sonuncu aldığı bədən xəsarətlərindən ölüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi