Azərbaycan və BMT COP29 çərçivəsində yaşıl enerji keçidi üzrə fəaliyyəti müzakirə edib

Azərbaycan və BMT COP29 çərçivəsində yaşıl enerji keçidi üzrə fəaliyyəti müzakirə edib ​​​​​​​Azərbaycan və BMT qurumun İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yaşıl enerji keçidi üzrə fəaliyyətdən irəli gələn məsələləri müzakirə edib
Energetika
29 Aprel , 2024 17:45
Azərbaycan və BMT COP29 çərçivəsində yaşıl enerji keçidi üzrə fəaliyyəti müzakirə edib

Azərbaycan və BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu müzakirələr nazir Pərviz Şahbazov ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo arasında aparılıb.

Görüşdə Azərbaycan və BMTİP uzunmüddətli əməkdaşlıq əlaqələrinin enerji sahəsində inkişafı “yaşıl enerji” texnologiyaları, enerji səmərəliliyindən geniş istifadə, həmçinin BMT qurumun İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik müstəvisində nəzərdən keçirilib və əməkdaşlıq imkanları dəyərləndirilib.

Azərbaycanın hazırda bərpa olunan enerji mənbələrinin istehsalı və ixracı, regional “yaşıl enerji” interkonnektorlarının qurulması üzrə həyata keçirdiyi layihələrin icra vəziyyəti, həmçinin enerji səmərəliliyi sahəsində görülən tədbirlərdən bəhs edilib. Azad edilmiş ərazilərin enerji təminatının “yaşıl enerji zonası” konsepsiyasına əsaslandığı, burada istehsal olunan enerjinin daxili istehlakla bərabər ixraca yönəldilməsi ilə bağlı planları qeyd olunub.

Söhbət zamanı bələdiyyə, ictimai binalar, məktəblərdə enerji səmərəliliyi aspektində tədbirlərin görülməsi, yeni yaradılmış “Enerji Effektivliyi Fondu”nun fəaliyyəti, bərpa olunan enerjidən istifadə etməklə mərkəzləşdirilmiş istilik təchizatının qurulması, həmçinin “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması və həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ölkənin bərpa olunan enerjinin inkişafı istiqamətində həyata keçirdiyi kurs təqdir edilib və BMT-nin inkişaf Proqramının müvafiq istiqamətlərdə əməkdaşlığa hazır olduğu bildirilib.

17:39

Azərbaycan və BMT qurumun İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yaşıl enerji keçidi üzrə fəaliyyətdən irəli gələn məsələləri müzakirə edib.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb: “Görüşdə enerji gündəliyimizin prioritetlərini və COP29 çərçivəsində yaşıl enerji keçidi üzrə fəaliyyətdən irəli gələn məsələləri müzakirə etdik, yeni əməkdaşlıq imkanlarını dəyərləndirdik”.

Son xəbərlər

Orphus sistemi