Keniyada bənd dağılıb, 42 nəfər ölüb

Keniyada bənd dağılıb, 42 nəfər ölüb Keniyanın mərkəzində bəndin dağılması nəticəsində 40-dan çox adam ölüb.
Digər ölkələr
29 Aprel , 2024 13:55
Keniyada bənd dağılıb, 42 nəfər ölüb

Keniyanın mərkəzində bəndin dağılması nəticəsində 40-dan çox adam ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Nakuru əyalətinin qubernatoru Syuzen Kixika bildirib.

“İlkin məlumatlara görə, 42 nəfər ölüb. İtkin düşənlər var, onların axtarışı aparılır”, - o vurğulayıb.

Onun sözlərinə görə, bəndin sıradan çıxmasına ikinci aydır davam edən güclü yağışlar səbəb olub.

Son xəbərlər

Orphus sistemi